Üzümə gülüb,arxamca danışan,
Saxta dostları bu gün tərk edirem.
Sabahını üzümə qəmli açan,
Bu şəhərdən bir dəfəlik gedirəm.
Gedirəm keçmişi dünəndə qoyub,
Gedirəm yaşananları unudub.
Gedirəm sonsuza üzümü tutub,
Bu şəhərdən bir dəfəlik gedirəm.
Ümid toxumu atıb sabahıma,
Dua edib,sığınıb Allahıma.
Əlvida deyib saxta dostlarıma,
Bu şəhərdən bir dəfəlik gedirəm.
Gedirəm keçmişi dünəndə qoyub,
Gedirəm yaşananları unudub.
Gedirəm sonsuza üzümü tutub,
Bu şəhərdən bir dəfəlik gedirəm
Gedirəm keçmişi dünəndə qoyub,
Gedirəm yaşananları unudub.
Gedirəm sonsuza üzümü tutub,
Bu şəhərdən bir dəfəlik gedirəm