Sən öz gəlişinlə sanki ömrümə,
Kəlməsi cilalı söz gətirmisən,
Həsrətin qışında ruhu üşüyən
Bu qıza od-ocaq, köz gətirmisən
Xatirəsi əziz ötən hər anın,
Səni eşqim bilim ürəyim sanım,
Nə qədər həsrətdə alışım yanım..,
Mənə sevgi dolu göz gətirmisən .
Səhərin havası köksümə doldu,
Sənsiz könül dünyam çiçəktək soldu,
Gəldiyin çığırdı,getdiyin yoldu,
Yollara sevgini düz, gətirmisən
Gəlişin sevincdi gedişin kədər,
Yaşadım bu ömrü hədərdən-hədər,
Gözümdə sevincdin, qəlbimdə qəhər ,
Ayrılıq şərbətin süz,gətirmisən