Bir külək əsəcək
Tanrı dağından.
Oyadacaq
Yatmış,ulu çinarları
Günəş doğmadan.
Minillik yuxuya
Dalmış kökləri
Torpaqdan baş göstərəcək!
Altay dağlarından
Bir igid enəcək.
Qurdbaşlı sancaqlı,
Yağız at belində,
Yollar keçəcək.
Uzaq Çin səddindən
Düşəcək yola.
Keçib Türküstanı,
Ötüb Asyanı.
Qafqaz dağlarında
Boy göstərəcək.
Dilə gələcəkdir
Orxon-Yeniseydə daş kitabələr.
Yelə dönüşərək Xaqanlar sözü
Altaydan,Sayandan,
Tarbaqataydan
Bir külək əsəcək
Tanrı dağından.