Vers
Kim vardı onda yanında?
Həyatın çirkaba bulaşdığında,
Kim nə danışdı de: haqqında
Özün özünlə dalaşdığında...
Onlar günəşli sanarlar gününü,
Sən isinərkən şam işığında,
Dostluq edərlər xoşluq edərlər,
Canın soyuğa alışdığında....
Kimi böyüyər ipi boynunda,
Kimi boğulub qalar uşaqlığında,
Min nahar payladım bir baharımdan,
Səbəbi özüməm bu qışlıqında...
Kimə günlər nurludu şəndi,
Mənə zindandı axşamlarda,
Sən şeirimin uğurlu bəndi,
Sənin nə böyük ixtişamın var....
...
Bridge
Hər küncdə bir yalanın var,
Vuranın var,
Toplayanın yox...
...
Chorus
Kim vardı onda yanında,
Dəyişəndə halların özünü,
Yaşının ən gözəl süslü çağında,
Qucaqlayırdı qolların özünü...
Ürəyin donanda bir çovğunda,
Kim hədər elədi baharını güzünü?
Kabuslar qəlbi boğanda.
Kimi gördün açanda gözünü,