İlahi bir eşqin özündən yanan, Şöləsi nur saçan sənadı eşqim. Məhəbbət dəryadı, dalğalarında, Yozumu bitməyən mənadı eşqim.
Eşqin səmasında məşəl tək yanan, Sevən könüllərə közünü salan, Ürək ovunduran, könül oxşayan, Ruha sığal çəkən şanadı eşqim.
Dözümü min qatdı eniş-yoxuşa, Borana, sazağa, hər türlü qışa, Bu dünya üzünə çətin sığışa, Dünyadan ötərgi, yanadı eşqim.