Adınla işıqlanır hər bir səhərim,
Ümidim, nəfəsim, var olma səbəbim.
Gözlərin parlayır ulduzlar kimi,
Dünyamı gözəlləşdirən sevimli balam, Milayım.
Sən güləndə bahar olur içimdə,
Sevinc çiçəkləri açır qəlbimin bağında
Hər addımın həyat verir yoluma,
Sən varsan deyə nəfəs alıram, qızım.
Hər günün mənim üçün bayram kimidir,
Səni sevmək ən böyük möcüzədir.
Sənlə yaşamaq ən dərin xoşbəxtlik,
Canımın canı, ruhumun işığısan, Milay.