Allah sənə söz sən'ətini,bəxş elədi qismət.
Gənc yaşda tanıtdırdı səni,sevdi bu millət.
Ifanda sənin mahnıların,qəlblərə xəlvət.
Yol tapdı,qazandırdı sənə,şöhrəti Elnur!
Atdın yeni imza sən'ətə sən həvəsinlə,
Canlandı mahnılardaki,sözlər nəfəsinlə,
Zövq oxşuyan,yağ tək yayılan cana səsinlə,
Fəth eyləmisən xeyli könüllər qəti Elnur!
Illərlə xəstəliyin,sən oldun ağuşunda,
Bir çarə nə axtardın nə oldun təlaşında,
Yetdi sona ömrün düz otuz yeddi yaşında,
Əldən nəsə gəlmir deyirəm rəhməti Elnur!
Olmur qarışım,talehin işinə budur qismət,
Allah eləyər getdiyin,unvanını cənnət,
Elnur,adını qoymaz axı,unutsun sənin millət,
Zamiqlə yaşar var nə ömür müddəti Elnur