Mən səadət gəzən bir qərib insan,
Səndə xoşbəxtliyin siması kimi,
Gülüşün, günəşin parıltısıdı,
Gözlərin dənizin aynası kimi
Tanrının ən gözəl yaratdıxısan,
Qəlbində bir arzu tutasan hər gün,
Dünyanı o, sənnən ötrü yaratdı,
Sən ona gözəllik qatasan hər gün
Sən mənim həyatım ömrüm günümsən,
Ruhuma xoşbəxtlik gətirən qadın,
Sən mənim qarşıma sonra çıxsanda,
Qəlbimə əzəldən yazılmış adın
Bu ömür yolunda hər an mənimçün,
Sən həmi gələcək, həmdə dünənsən,
Kayinat sən varsan, deyə var oldu,
Bu dünya sədəfin, incisisən sən,
Sən mənim həyatım ömrüm günümsən,
Ruhuma xoşbəxtlik gətirən qadın,
Sən mənim qarşıma sonra çıxsanda,
Qəlbimə əzəldən yazılmış adın